Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir.
“İki sahil” xəbər verir ki, Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubev təbrik məktubunda qeyd edib:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi təbrik edirəm.
Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, Azərbaycanın əzəmətli inkişaf planlarını bundan sonra da səmərəli şəkildə davam etdirməyinizi arzulayıram.
Azərbaycanın regionları ilə Rostov vilayəti arasında qarşılıqlı iqtisadi fəaliyyətin və dostluq əlaqələrinin möhkəmlənməsinə yönəlmiş və vaxtında qəbul edilmiş qərarlarınıza görə təşəkkür edirəm.
Sizə möhkəm cansağlığı, əmin-amanlıq və xoş günlər arzulayıram”.
Rusiyanın Həştərxan şəhərindəki Heydər Əliyev adına 11 nömrəli orta məktəbin direktoru Tatyana Tixomirova isə təbrik məktubunda qeyd edib:
Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi Həştərxan şəhərindəki “Heydər Əlirza oğlu Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbi” bələdiyyə büdcə ümumtəhsil müəssisəsinin müəllimləri və şagirdləri adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Böyüməkdə olan nəslə səmimi qayğınıza görə Sizə təşəkkür edirik. Həştərxan vilayətinin ərazisində həyata keçirilmiş çoxsaylı humanitar layihələr arasında Həştərxan şəhərindəki 11 nömrəli orta məktəbin yenidən qurulması xüsusi yer tutur. Bizim ümumtəhsil müəssisəsi ilə bağlı yüzlərlə uşaq və yaşlı insan görkəmli siyasi xadim Heydər Əliyevin adını daşıyan məktəbə göstərdiyiniz diqqət və qayğını yüksək qiymətləndirir.
Məktəbin kollektivi adından səmimi təbriklərimizi qəbul edin. Sizə bütün təşəbbüslərinizdə uğurlar, tükənməz yaradıcılıq enerjisi, möhkəm cansağlığı və ailə xoşbəxtliyi arzu edirəm.
Sizə xalqınızın rifahı naminə fəaliyyətinizin daha da uğurlu olmasını, qarşıya qoyulmuş məqsədlərin gerçəkləşməsini diləyirəm.
Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
Hikmət Hacıyev "X" hesabında "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı filmini paylaşıb