Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, yazıçı, Rusiyanın Əməkdar jurnalisti Dmitri Lixanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
“İki sahil” xəbər verir ki, təbrikdə qeyd edilib:
Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Beynəlxalq Uşaq Fondları Assosiasiyası adından səmimi təbriklərimi qəbul edin.
Unikal nüfuzunuz, siyasi müdrikliyiniz və peşəkarlığınız Sizə dərin hörmət qazandırır, insanların, Azərbaycan uşaqlarının qəlbində xoşbəxt və işıqlı gələcəyə ümid yaradır.
Sizə və yaxınlarınıza səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq arzu edirəm. Uşaqların rifahı naminə əməkdaşlığa həmişə hazırıq.
Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
Hikmət Hacıyev "X" hesabında "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı filmini paylaşıb