İsrailin sabiq Prezidenti, Knessetin sabiq sədri, Hadassah Tibb Təşkilatının İdarə Heyətinin sədri Dalia İtzik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
“İki sahil” xəbər verir ki, təbrikdə qeyd edilib:
Zati-aliləri.
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan çox şadam.
Bildiyiniz kimi, mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəal üzvüyəm. Bu təşəbbüs və bir çoxlarının bacarmadığı işi görmək, müxtəlif ölkələrdən olan insanları bir araya gətirərək dünyanı yaşamaq üçün daha yaxşı məkana çevirmək istiqamətindəki uğurlu səylər məndə dərin təəssürat yaradır.
Mən ölkənizə və daim inkişaf edən Bakı şəhərinə çox heyranam. Hər səfərim zamanı fərqli Bakı görürəm. Qonaqpərvərliyinizə və Qlobal Bakı Forumu kimi mühüm toplantını hər dəfə böyük müvəffəqiyyətlə təşkil etdiyinizə görə Sizə təşəkkür edirəm. Hər dəfə forumda insanların peşəkarlıqla, səmimiyyətlə və mehribanlıqla iştirakını xüsusi qeyd etmək istəyirəm.
Bu əlamətdar gün - doğum gününüz münasibətilə Sizə daha uzun illər ərzində ölkənizi belə gözəl şəkildə idarə etməyi arzulayıram.
Sizə, xanım Mehriban Əliyevaya və gözəl qızınız Leyla xanıma ən səmimi salamlarımı çatdırıram.
Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
Hikmət Hacıyev "X" hesabında "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı filmini paylaşıb