24 dekabr 2022 16:45
669

Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir.

“İki sahil” xəbər verir ki, Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin təbrik məktubunda qeyd edilib:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan təbrik edirəm.

Sizə Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, dostlarınızın səmimiyyətini və diqqətini, Sizə əziz və yaxın insanların sevgisini arzu edirəm.

Fürsətdən istifadə edib Rusiya və Azərbaycan xüsusi xidmətlərinin qarşılıqlı fəaliyyətinin inkişafına göstərdiyiniz daimi diqqət və dəstəyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.

Bu qarşılıqlı fəaliyyət bundan sonra da təhlükəsizliyin təmin edilməsinin, ölkələrimizin milli maraqlarının müdafiəsinin, regionda sülhün və sabitliyin qorunub saxlanmasının qarantı olacaq”.

“Azİz” Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyasının prezidenti Lev Spivak təbrik məktubunda qeyd edib:

“Əziz İlham Heydər oğlu.

İcazə verin doğum gününüz münasibətilə Sizi əslən Azərbaycandan olan, İsraildə yaşayan çoxminli icma adından təbrik edim.

Siz Prezident vəzifəsində olduğunuz müddətdə Azərbaycan dəyişərək ən sürətlə inkişaf edən qabaqcıl ölkələrdən birinə çevrilib. Sizin müdrik və uzaqgörən siyasətiniz sayəsində Azərbaycan regionda və onun hüdudlarından kənarda ən nüfuzlu və iqtisadi cəhətdən cəlbedici ölkələrdən biri olub. Azərbaycanın müsbət imicinin təbliği işinə Sizin töhfəniz əvəzsizdir.

Əziz İlham Heydər oğlu, biz, əslən Azərbaycandan olan, hazırda müxtəlif qitələrdə yaşayan insanlar həmişə öz Vətənimizlə fəxr etmişik. Sizin rəhbərliyinizlə Azərbaycan öz ərazilərinin erməni işğalçılarından azad edilməsi uğrunda 44 günlük müharibədə qalib gəldi və biz aydın başa düşürük ki, bu, Sizin xidmətinizdir. Məhz Sizin rəhbərliyinizlə azərbaycanlılar qürur doğuran qalib xalq adını qazandılar, Azərbaycan müzəffər ölkəyə çevrildi.

Azərbaycan xalqına məhz Sizin kimi müdrik, uzaqgörən, mütərəqqi bir lider layiqdir.

Doğum gününüz münasibətilə Sizi bir daha təbrik edirik. Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Səmimi hörmətlə”.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva təbrik məktubunda qeyd edib:

Möhtərəm cənab Prezident,

Sizi doğum gününüz münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından və öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycanın hərtərəfli və dinamik inkişafı, beynəlxalq arenada sarsılmaz mövqe və böyük nüfuz qazanması, yeni-yeni uğurlara imza atması Sizin ölkənin gələcəyi naminə göstərdiyiniz əvəzolunmaz xidmətlərin nəticəsidir. Sizin yüksək şəxsi keyfiyyətləriniz, Vətənə, xalqa olan məhəbbətiniz və bağlılığınız, hər zaman dövlətin milli maraqlarından çıxış edən uğurlu diplomatik addımlarınız şərəfli missiyanızın parlaq göstəriciləridir.

Sizin bu ili ölkədə “Şuşa İli” elan etməyiniz Azərbaycanın və bütövlükdə Türk dünyasının çoxəsrlik tarixinin, zəngin mədəniyyətinin ayrılmaz və önəmli parçası olan Şuşanın dirçəldilməsi, şəhərin əvvəlki şöhrətinin bərpası yönündə mühüm hadisə oldu.

Zati-alinizin təşəbbüsü ilə yaradılmış Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qarabağin incisi olan Şuşanın 2023-cü ili eyni zamanda “Türk dünyasının mədəniyyət paytaxtı” kimi qarşılayacağını səbirsizliklə gözləyir və biz şəhərin bu fəxri statusu yüksək səviyyədə daşımasına öz töhfəmizi verməyə hazırlaşırıq. Qürur hissi keçiririk ki, bu il ilk dəfə Fond tərəfindən Azərbaycandan kənarda - doğma Türkiyəmizdə “Şuşa günləri" təşkil olunmuşdur. Biz bütün fəaliyyətimizdə Sizin daimi dəstəyinizi hiss edirik.

Sizə möhkəm cansağlığı, ailə səadəti, tükənməz enerji və yeni-yeni böyük uğurlar arzulayıram.

Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm.

Dərin hörmətlə”.

Yunanıstanın “Motor Oil Hellas”, “Vegas Oil and Gas” şirkətlərinin sədri Vardis Vardinoyannis və xanımı Marianna Vardinoyannis təbrik məktubunda qeyd ediblər:

“Zati-aliləri.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq.

Bu əlamətdar gündə Sizə və xalqınıza cansağlığı, tükənməz enerji, xoşbəxtlik və firavanlıq diləyirik.

Ən xoş arzularla”.

“SAFMAR Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyev təbrik məktubunda qeyd edib:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin Vətənə sevginiz, Azərbaycan Respublikasının mənafeyini qətiyyətlə qorumağa daim hazır olmağınız ölkə vətəndaşlarının gələcəyə inamını, ruh yüksəkliyini artırır, hər hansı təhdidlərin öhdəsindən gəlməyə kömək edir.

Müdrik siyasi rəhbərliyiniz, hərtərəfli düşünülmüş qərarlarınız və çox zəngin təcrübəniz sayəsində Siz həm respublikada həyat səviyyəsini artırmağa, həm də Azərbaycanı dünya geosiyasi arenasında mühüm aktorlardan birinə çevirmək kimi çox mühüm məsələni həll etməyə nail olursunuz.

Əminəm ki, müasir və güclü dövlət lideri olaraq Siz Azərbaycanın tərəqqisi, ölkənin bütün vətəndaşlarının rifahı naminə hələ çox qələbələr qazanacaqsınız.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və əmin-amanlıq arzu edirəm.

Hörmətlə”.

ABŞ-da fəaliyyət göstərən “Joblio” şirkətinin təsisçisi və Baş icraçı direktoru Con Purijanski təbrik məktubunda qeyd edib:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi, cansağlığı, xoşbəxtlik və müvəffəqiyyət arzularımı çatdırıram.

Mən yəhudi əsilli amerikalı hüquqşünas və sahibkar, eləcə də Azərbaycanın əsl dostu olaraq yəhudi icmasına göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm. Hər dəfə Bakıya səfər edəndə özümü evdəki kimi rahat hiss edirəm və buna görə Sizə minnətdaram. Siz Azərbaycanı şəffaflıq, səmərəlilik və gözəl ailə dəyərlərinə əsaslanan nümunəvi cəmiyyətə çevirmisiniz.

Cənab Prezident, Siz təkcə qalib və islahatçı lider deyil, həm də böyük dövlət xadimisiniz. Yeni ildə Sizə daha böyük uğurlar arzulayıram.

Ən xoş arzularla”.