“TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Asset Assavbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
“İki sahil” xəbər verir ki, təbrikdə qeyd edilib:
Zati-aliləri, hörmətli İlham Heydər oğlu.
“TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi adından və şəxsən öz adımdan Sizə olan dərin ehtiramımı qəbul etməyinizi xahiş edir, doğum gününüz münasibətilə səmimi təbriklərimi çatdırıram.
Sizin çoxşaxəli siyasətinizin uğurlu nəticələri heyranlıq doğurur və nə qədər dərin hörmətə layiq olduğunuzu göstərir.
Sizin rəhbərliyinizlə sürətlə inkişaf edən və həyatın bütün sahələrində mühüm nailiyyətlər qazanan Azərbaycan həm milli səviyyədə, həm də regional inkişaf üçün əlverişli şərait yaradıb, beynəlxalq siyasi reallığın əsas aktorları ilə əlaqələri uğurla davam etdirir.
“TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi ölkənizin iqtisadi, sosial tərəqqisi və nəqliyyat sahəsində əməkdaşlığın inkişafı istiqamətində Sizin xidmətlərinizi yüksək qiymətləndirir.
Fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının “TRACECA”nın həm milli, həm də beynəlxalq səviyyədə fəaliyyətinə göstərdiyi dəstəyə görə dərin minnətdarlığımı bildirirəm.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə, yaxınlarınıza və bütün Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və tərəqqi arzulayıram.
Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
Hikmət Hacıyev "X" hesabında "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı filmini paylaşıb