26 dekabr 2022 16:48
480

Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti başlayıb

Rusiyanın Sankt-Peterburq şəhərindəki Boris Yeltsin adına Prezident Kitabxanasında MDB dövlət başçılarının qeyri-rəsmi sammiti başlayıb.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, toplantı Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərində işgüzar səfərə gedib.

Zirvə toplantısında həmçinin Rusiya Prezidenti Vladimir Putin, Belarusun dövlət başçısı Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Tacikistan Prezidenti Emoməli Rəhmon və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edir.