“Prezidentin öz doğum günündə Qərbi Azərbaycan icmasının binasının açılışını etməsi yeni mücadiləmizin anonsu və Böyük Vətənə Qayıdışın platformasıdır”.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Deputat bildirib ki, bu məsələdə hamı əlini daşın altına qoymalıdır: “Bunun üçün qanunvericilik planında da öz işimizi görməliyik. Əvvəl hər kəs özünü qarabağlı sayırdı, indi isə hamı özünü Qərbi azərbaycanlı hesab etməlidir. Biz diplomatik fəaliyyətimizdə də bu amalımız uğrunda işlər görməliyik”.
Deputat Milli Məclisdə Şimali Kipr Türk Cümhuriyyəti ilə dostluq qrupu yaradılmasını da təklif edib: “Onların parlamentində artıq bu addım atılıb. Səfərimiz zamanı onlar da analoji addımın bizim tərəfdən atılmasını xahiş edirdilər”.
Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
Hikmət Hacıyev "X" hesabında "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı filmini paylaşıb