Azərbaycan 2022-ci il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında milli maraqlara söykənən xarici siyasət həyata keçirib.
“İki sahil” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov bu ilin yekunlarına dair mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycanın xarici siyasəti milli təhlükəsizlik və sosial inkişaf üçün əlverişli xarici mühitin yaranmasına yönəlib.
“2022-ci il Azərbaycanla bir sıra xarici ölkələr arasında diplomatik münasibətlərin qurulmasının yubiley ili olub. 69 ölkə ilə 30 illik, 2 ölkə ilə 25 illik yubileyi qeyd etmişik”, - XİN rəhbəri əlavə edib.
Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
Hikmət Hacıyev "X" hesabında "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı filmini paylaşıb