27 dekabr 2022 15:28
338

Bu il ilk dəfə Şuşa şəhərində BMT bayrağı dalğalandırılıb- Ceyhun Bayramov

"Bu il ilk dəfə Şuşa şəhərində BMT bayrağı dalğalandırılıb".

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov keçirdiyi mətbuat konfransında deyib.

Nazif xatırladıb ki, bu il Azərbaycanın BMT-yə üzvlüyə qəbulunun 30 ili tamam oldu.

O bildirib ki, bu il ilk dəfə Şuşa şəhərində BMT bayrağı dalğalandırılıb:

“Hesab edirəm ki, bu, tarixi hadisədir".

Nazir bildirib ki, Azərbaycanın xarici siyasəti milli təhlükəsizlik və sosial inkişaf üçün əlverişli xarici mühitin yaranmasına yönəlib.