İl ərzində ən böyük humanitar yardım davamlı şəkildə Ukraynaya göndərilib.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekununa dair keçirilən mətbuat konfransında deyib.
“Azərbaycan beynəlxalq humanitar yardım proqramlarında fəal iştirak edib. İraq, Braziliya, Uqanda, Efiopiya, Əfqanıstana humanitar yardım göstərilib. Pakistanda baş verən fövqəladə hadisə ilə bağlı bu ölkəyə böyük yardım göstərilib. Bu il ərzində ən böyük humanitar yardım, 30 milyon manatdan artıq humanitar yardım təkcə dövlət institutları tərəfindən Ukraynaya göndərilib. Bu humanitar yardım fevral ayından bəri davamlı şəkildə çatdırılıb”, - nazir vurğulayıb
Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
Hikmət Hacıyev "X" hesabında "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı filmini paylaşıb