27 dekabr 2022 16:19
383

Azərbaycana qarşı qərəzli olan tərəflərin vasitəçiliyini qəbul etməyəcəyik- XİN başçısı

“Bizim üçün əsas məqsəd Ermənistanla danışıqların nəticəyönümlü olmasıdır”.

“İki sahil” xəbər verir ki,  bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, danışıqlar üçün konkret platformaya köklənmək prioritet deyil: “Biz danışıqlar üçün istənilən platformaya hər zaman razılıq vermişik. Bizim üçün yeganə istisna özlərinin qərəzini artıq nümayiş etdirmiş tərəflərdir. Belə platformalar bizim üçün qəbuledilməzdir”.