27 dekabr 2022 16:42
417

Ermənistan öncə əldə olunan razılaşmalardan geri çəkilir- XİN başçısı

“Rəsmi İrəvan bəyan etmişdi ki, Azərbaycanın təqdim etdiyi beş bəndlik prinsipdə Ermənistan üçün qəbuledilməz nəysə yoxdur. Çünki həmin prinsiplər kifayət qədər ədalətlidir”.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Ermənistan öncə əldə olunmuş razılaşmalardan geri çəkilir: "Bu, ziyanlı tendensiyadır. Bu cür addımlar danışıqlar prosesinə mənfi təsrir göstərir".