27 dekabr 2022 16:54
419

Azərbaycan Qarabağda ermənilərin humanitar böhranla bağlı iddialarını qəbul etmir- Nazir

Azərbaycan Qarabağda ermənilərin humanitar böhranla bağlı iddialarını qəbul etmir.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya Qarabağın statusu ilə bağlı məsələnin gələcək nəsillərə qalmasını təklif etmişdi:

“Biz həmin təklifin bizim üçün qeyri-məqbul olduğunu bildirmişik. Biz beynəlxalq hüquqa əsaslanmalıyıq”.