Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) 100 milyon avrodan çox kredit təklif edib.
“İki sahil” xəbər verir ki, bunu səhmdar cəmiyyətinin idarəetməyə verildiyi Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov bildirib.
"Tərəflər arasında artıq mandat sazişi imzalanıb", - deyə o qeyd edib.
Bundan başqa, R.Əlixanov deyib ki, bu il holdinqin şirkətləri, o cümlədən ASCO mənfəət üzrə rekord göstəricilərə nail olub. Səhmdar cəmiyyəti bu gün buraxdığı istiqrazlar hesabına isə inkişaf etmək üçün əlavə vəsait cəlb edəcək.
"AİB 2028-ci ilə qədər Cənubi Qafqaz, Mərkəzi və Qərbi Asiyada inflyasiya proqnozlarını verib
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib