30 dekabr 2022 11:30
691

Əziz Ələkbərov: Əminəm ki, yaxın gələcəkdə Zəngəzura, Göyçəyə qayıdacağıq

“Bir neçə gün əvvəl Azərbaycan və dünya ictimaiyyəti Prezident İlham Əliyevin növbəti qətiyyətli addımın şahidi oldu”.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərov deyib.

Deputat bildirib ki, Qərbi Azərbaycan İcmasında Müşahidə, Ağsaqqallar, Qadınlar, Qəyyumlar şöbələri, Gənclər Birliyi, Nəzarət Təftiş Komissiyası kimi strukturlar fəaliyyət göstərir: “Strukturlarda 400-ə yaxın icma üzvü toplanıb. İcmanın məqsədi indiki Ermənistan ərazisindən deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin hüquqlarının beynəlxalq müstəvidə bərpası, onlara qarşı törədilmiş cinayətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və bu cinayətləri törətmiş ermənilərin cəzalandırılmasıdır. Əsas hədəfimiz isə qaçqınların öz dədə baba yurdlarına qayıtmasını təmin etməkdir. Əminəm ki, yaxın gələcəkdə Zəngəzura, Göyçəyə qayıdacağıq”.