30 dekabr 2022 11:54
324

Hesablama Palatasına yeni auditor təyin olunub

Hesablama Palatasına yeni auditor təyin olunub.

“İki sahil” xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının auditorunun təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Vüqar Emin oğlu İbrahimovun Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyi irəli sürülüb.

Məsələ səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.