30 dekabr 2022 12:43
410

MM Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edib

Milli Məclisin payız sessiyası üçün son plenar iclasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə parlamentin müraciətinin təsdiq edilməsi haqqında qərar layihəsi müzakirəyə çıxarılıb.

“İki sahil” xəbər verir ki, layihəsi deputat Anar Məmmədov təqdim edib.

Çıxışlardan sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Milli Məclisin müraciətinin təsdiq edilməsi qərar qəbul edilib.