Ermənistana dəstək olan, hətta himayədarlıq edən Fransanın son cəhdi kimi BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamə qəbul etdirmək planı da iflasa uğradı. Qeyd etməliyik ki, burada Azərbaycanın uzaqgörən xarici siyasət kursu Ermənistan-Fransa cütlüyünün siyasi ambisiyalarına üstün gəldi.
“İki sahil” xəbər verir ki, bu fikriləri AZƏRTAC-a açıqlamasında politoloq Amid Əliyev söyləyib.
Politoloq qeyd edib ki, ilk növbədə, Fransa tərəfindən təqdim olunan sənəddə “Dağlıq Qarabağ” ifadəsi çıxarılıb. Baş verən proseslərin “Azərbaycanın ərazi bütövlüyü dəstəklənməklə yalnız humanitar məqsədlər nəzərdə tutula bilər” ifadəsinin salınması bu sənədin ümumiyyətlə gündəlikdən çıxarılması ilə nəticələndi. Bununla da Fransa Prezidentinin və diplomatiyasının növbəti dəfə rəzil duruma düşməsinin şahidi olduq. Bu, Fransanın BMT səviyyəsində Azərbaycana qarşı başlatdığı artıq ikinci qarayaxma kampaniyasıdır və hər ikisinin də aqibəti eyni olub.
Bu məsələlərdə Azərbaycana dəstək verən dövlətlərin göstərdikləri mövqeyə gəldikdə, Amid Əliyev qeyd edib ki, bu, hər şeydən əvvəl Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə son üç ildə ölkəmizin yürütdüyü uğurlu xarici siyasətin nəticəsidir. Növbəti məqam isə Azərbaycanın etibarlı tərəfdaş olmasıdır. Bu gün həm Avropada, həm ərəb dünyasında, eləcə də Mərkəzi Asiyada Azərbaycanın siyasi mövqeyi möhkəm təməllərə əsaslanır və kifayət qədər dəstəyə malikdir.
"Son iki ildə həyata keçirilən enerji diplomatiyasının qazandırdığı siyasi dividentlər və Azərbaycanın qalib imici sayəsində formalaşan bu siyasət bir çox məsələlərdə ölkəmizin haqlı mövqeyinə beynəlxalq dəstəyi təmin edir", - deyə Amid Əliyev vurğulayıb.
O əlavə edib ki, Ermənistan onun lehinə göstərilən hər cəhddə bir addım daha geri düşür. Onu dəstəkləyən dövlətlər isə beynəlxalq siyasi arenada özlərinin “fəal” və “demokratik” imiclərinə xələl gətirilər.
Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
Hikmət Hacıyev "X" hesabında "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı filmini paylaşıb