Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha bir təminat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
“İki sahil” xəbər verir ki, nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, həmin avtomobil Laçından Xankəndi istiqamətinə keçib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da bu gün ərzində indiyədək aksiya ərazisindən keçən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 3-ə çatıb.