03 yanvar 2023 13:24
492

Salxab Məmmədov Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif olunub

Salxab Məmmədov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

“İki sahil” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, o, Azərbaycan rəssamlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.