03 yanvar 2023 21:10
465

Xankəndi-Laçın yolunda sülhməramlıların daha 5 avtomobilinin hərəkətinə şərait yaradılıb- FOTO

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 5 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“İki sahil” xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, Laçından Xankəndi istiqamətinə 1 minik və 4 təminat avtomobili keçib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da gün ərzində aksiya ərazisindən hər iki istiqamətə keçən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 25-ə çatıb.