Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva "Charlie Hebdo" jurnalında dərc olunan və Azərbaycanın guya Ermənistan üçün təhlükə yaratdığını iddia edən məqaləyə münasibət bildirib.
“İki sahil” xəbər verir ki, paylaşımda deyilir: "Charlie Hebdo qəzeti, dinləyin. Azərbaycan ərazilərinin 20%-nin 30 il ərzində işğalı zamanı Ermənistanın yaratdığı təhlükəni unutmusunuz. İndi Azərbaycan öz suveren ərazilərində sülhü təmin etdiyi halda siz hansı təhlükədən danışırsınız?,” - deyə səfir paylaşımında bildirib.