05 yanvar 2023 10:49
470

Xankəndi-Laçın yolunda sülhməramlıların daha səkkiz avtomobilinin hərəkətinə şərait yaradılıb

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha səkkiz avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“İki sahil” xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, sülhməramlılara məxsus 2 minik və 6 təminat avtomobili Xankəndidən Laçın istiqamətinə keçib.