05 yanvar 2023 11:14
402

Cənubi Sudanda xidmət edən Azərbaycan sülhməramlısı BMT-nin medalı ilə təltif olunub

Azərbaycan sülhməramlısı BMT-nin medalı ilə təltif olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki Nümayəndəliyinin "Twitter" hesabında məlumat verilib.

Bildirilib ki, Azərbaycan sülhməramlısı mayor İlkin Xəlilov - BMT-nin Cənubi Sudandakı Missiyasının hərbi üzvü kimi vəzifələrini layiqincə yerinə yetirdiyinə və sülhün qorunmasında xidmətlərinə görə Birləşmiş Millətlər Təşkilatının medalı ilə təltif olunub.