05 yanvar 2023 12:02
432

Bu gün Xankəndi-Laçın yolundan keçən sülhməramlıların avtomobillərinin sayı 13-ə çatıb- YENİLƏNİB

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha dörd avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“İki sahil” xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, sülhməramlılara məxsus daha 1 minik və 3 təminat avtomobili Xankəndidən Laçın istiqamətinə keçib.