06 yanvar 2023 13:42
459

Xankəndi-Laçın yolunda gün ərzində sülhməramlıların 9 avtomobili maneəsiz hərəkət edib - YENİLƏNİB

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha bir ədəd minik avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. 

“İki sahil” xəbər verir ki, nəqliyyat vasitəsi maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, minik avtomobili Laçından Xankəndi istiqamətinə keçib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 9 avtomobil maneəsiz hərəkət edib.