Rəsmi Bakı ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsinin (Maykl Karpenter) Laçın yolu ilə bağlı yalanlara inanmasından təəssüflənir.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviter hesabında yazıb.
"Çox təəssüf ki, ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi “blokada” və “humanitar vəziyyət” haqqında yalan xəbərlərə aldanıb. Əgər Laçın yolu bağlı olsaydı, oradan heç bir avtomobil keçməzdi. Nə üçün yoldan hər cür qeyri-qanuni fəaliyyət üçün istifadə etmək olar, amma etiraz etmək düzgün deyil?", - Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi əlavə edib.
Bundan əvvəl ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Maykl Karpenter tviter hesabında yazıb ki, Birləşmiş Ştatlar Laçın yolunun üç həftədən artıqdır ki, bağlanmasından və ciddi humanitar vəziyyətin yaranmasından narahatdır.