09 yanvar 2023 13:04
574

Azad edilmiş bütün digər şəhərlərdə idman obyektlərinin yaradılması planlarımızdadır

“Azad edilmiş bütün digər şəhərlərdə idman obyektlərinin yaradılması planlarımızdadır”.

“İki sahil” xəbər verir ki,  bu barədə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə bildirib.

“Əlbəttə, biz, ilk növbədə, keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytarmalıyıq və bu istiqamətdə işlər gedir. İlk növbədə, məktəblər, xəstəxanalar, infrastruktur yaradılmalıdır. Ancaq idman obyektləri də əlbəttə ki, yaddan çıxmır və çıxmayacaq” – dövlət başçısı qeyd edib.