09 yanvar 2023 20:16
646

Ermənistan öz hərəkətləri ilə bölgədəki sülhü təhdid edir - Mustafa Şentop

“Ermənistan öz hərəkətləri ilə bölgədəki sülhü təhdid edir”.

“İki sahil” xəbər verir ki,  bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə deyib.

TBMM sədri Ermənistanın üçtərəfli bəyanatda öz üzərinə götürdüyü öhdəliklərə əməl etməli olduğunun vacibliyini vurğulayıb.

Türkiyə-Azərbaycan əlaqələrinin əhəmiyyətindən bəhs edən Şentop qeyd edib ki, Türkiyə hər zaman Azərbaycanın haqlı davasına dəstək verməkdədir.