11 yanvar 2023 15:23
569

Siyasi partiyalara ianə verən şəxslər barədə məlumatların təqdim edilməsi qaydası təsdiqlənəcək

Siyasi partiyaların qəbul etdikləri ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi qaydası təsdiqlənəcək.

“İki sahil” xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun tətbiqi və “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 346-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 625 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.

Fərmanla Nazirlər Kabinetinə Qanunun 24.6-cı maddəsinə uyğun olaraq siyasi partiyaların qəbul etdikləri ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin həmin Qanunun 24.4.1-ci və 24.4.2-ci maddələrində nəzərdə tutulmuş hallar barədə məlumatların təqdim edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.