"Prezident İlham Əliyevin 5 yanvar tarixində və bu gün imzaladığı fərman və sərəncamlar ümumilikdə 1 milyon 900 min vətəndaşımızı əhatə edir".
“İki sahil” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Azərbaycan Televiziyası”na müsahibəsində deyib.
Nazir bildirib ki, minimum əmək haqqı artımı 700 min vətəndaşı əhatə edəcək:
“Bu sahə üçün dövlət büdcəsindən 440 milyon manat vəsait ayrılıb”.
“Minimum əməkhaqqı artımı yalnız minimum əməkhaqqı alan insanları əhatə etmir. Dövlət qurumlarında çalışanlar vahid tarif cədvəli əsasında maaş alır. Vahid tarif cədvəlinin birinci pilləsi minimum əməkhaqqıdır. Onun artımı digər vətəndaşlarımızı da əhatə edir”-, S.Babayev vurğulayıb.
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik edib
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram