13 yanvar 2023 14:39
591

Yaz sessiyası çərçivəsində parlamentin ilk komitə iclasının tarixi məlum olub

Yaz sessiyası çərçivəsində Milli Məclisin ilk komitə iclasının tarixi məlum olub.

“İki sahil” xəbər verir ki, yanvarın 16-da parlamentin Səhiyyə komitəsinin iclası keçiriləcək.

İclasın gündəliyinə Səhiyyə komitəsinin 2023-cü il yaz sessiyası üçün qanunvericilik işləri planı və bir sıra qanun layihələri daxildir.