13 yanvar 2023 15:43
592

Bütün səylərimiz Ermənistanla Azərbaycan arasında dialoqun bərpasına yönəlib- Yael Braun-Pivet

“Bütün səylərimiz Ermənistanla Azərbaycan arasında dialoqun bərpasına və sülhə yönəlib”.

“İki sahil” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu İrəvanda səfərdə olan Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivet deyib.

O bildirib ki, mümkün sülhə və dialoqa aparan yol tükənmədikcə və bununla bağlı bütün yollar sınamamış, başqa tədbirləri tətbiq etmək yersizdir: “Enerjimiz 100 faiz bu istiqamətdə yönəlib”.

Spikerin sözlərinə görə, Fransa rəhbərliyi hesab edir ki, Ermənistanla Azərbaycan arasında dialoqun bərpası ən mühüm məsələdir.