13 yanvar 2023 20:02
653

Prezident Azərbaycanın Aİ-Azərbaycan-Ermənistan üçtərəfli formatına sadiqliyini ifadə edib

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə həyata keçirilən üçtərəfli danışıqları yüksək qiymətləndirdiyini vurğulayıb.

“İki sahil” xəbər verir ki,  Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı-Azərbaycan-Ermənistan üçtərəfli formatı çərçivəsində aparılan müzakirələr prosesinə sadiqliyini ifadə edib.