Azərbaycanın Qazaxstandakı səfiri Ağalar Atamoğlanov bu ölkənin daxili işlər naziri Marat Axmetjanov ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə səfir “Twitter“ səhifəsində paylaşım edib.
“Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə dair səmimi görüşə və məhsuldar müzakirəyə görə daxili işlər naziri Marat Axmetjanova təşəkkür edirəm. Biz hüquq-mühafizə orqanları və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi apardıq”, - deyə diplomat vurğulayıb.
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik edib
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram