14 yanvar 2023 12:19
725

Deputatlarımız Avropa Parlamentində görüşlər keçirəcəklər

Milli Məclisin deputatları, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətinin üzvləri Nurlan Həsənov və Sevil Mikayılova yanvarın 15-də Fransanın Strasburq şəhərinə səfər edəcəklər.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Məclis məlumat yayıb.

Millət vəkilləri Avropa Parlamentində bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə qarşılıqlı əməkdaşlığın inkişafı və digər aktual məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Səfər yanvarın 19-da başa çatacaq.