Ötən çərşənbə axşamı sitatlarla kifayət qədər zəngin oldu. Həmin gün iki lider - Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan hər biri öz ölkələrində yerli jurnalistlərlə görüş keçirib, onların suallarını cavablandırıblar. Hər iki halda seçilmiş söhbət formatları və ümumi ab-hava respondentlərə tanış idi.
“İki sahil” xəbər verir ki, bu barədə “Caliber”in “Youtube” kanalının növbəti buraxılışında deyilir.
Oxşar formatlarda görüşlər əvvəllər də həyata keçirilib. Sualların məzmunu və jurnalistlərin toxunduqları mövzular yeni olsa da, iki ölkə cəmiyyətinin liderlərinin çıxışlarına sonrakı reaksiyaları çox da dəyişməyib.
Prezident Əliyevin cavabları əvvəlki kimi aydın, mənalı, səslənən mesajlar isə birmənalı, ünvanlı və şəffaf idi. Onun erməni həmkarı isə əvvəlki kimi açıqlamaları ilə qaşların çatılması və gözlərin bərəlməsi kimi effektlər yaradıb.
Daha ətraflı süjetdə:
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik edib
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram