Müqəddəs Taxt-Tac ilə Heydər Əliyev Fondu arasında səmərəli əməkdaşlıq mövcuddur. Fond tərəfindən Vatikanda bərpası həyata keçirilən və bəşəri əhəmiyyət daşıyan bir sıra tarixi abidələr mədəni irsin qorunması sahəsində böyük işlərdir.
“İki sahil” xəbər verir ki, bu fikirləri Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarovla görüşündə səsləndirib.
Roma Papası qeyd edib ki, həmin layihələr dünya mədəni, tarixi və dini irsinin qorunmasına, mədəniyyətlər və dinlərarası əlaqələrin inkişafına xidmət edir.
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik edib
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram