14 yanvar 2023 19:31
588

Türkiyədə "Şöhlət Əfşar və Yaqub Mahmudov" mükafatı yaradılıb

Türkiyə Cümhuriyyəti Dünya Avşarlar Dərnəyi tanınmış şair Şöhlət Əfşar və akademik Yaqub Mahmudov adına xüsusi mükafat təsis edib.

Dünya Avşarlar Dərnəyinin rəhbəri Şeref Kocakayanın “İki sahil”'ə verdiyi məlumata görə, yeni mükafata tanınmış aktyor Kıvanc Tatlıtuğ və yazıçı Burak Ballı layiq görülüblər.

Xatırladaq ki, Şöhlət Əfşar və Yaqub Mahmudov Dünya Avşarlar Dərnəyinin fəaliyyətində fəal iştirak edib. Onların səyi ilə dərnəyin Bakıda və Adanada “Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi Azərbaycan sərkərdəsi” mövzusunda beynəlxalq elmi konfransı keçirilib. Adanadakı konfransdan (29.01.2022) sonra onlar koronavirusa yoluxub və Ş.Əfşar 6 fevral 2022-ci ildə Çuxurova Universitetinin Xəstəxanasında vəfat edib, Y.Mahmudov isə sağalaraq Vətənə dönüb.