Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan xalqının böyük oğlu, görkəmli müğənni, aktyor və rejissor Vaxtanq Kikabidzenin vəfatı ilə əlaqədar onun doğmalarına və yaxınlarına başsağlığı verib.
“İki sahil” xəbər verir ki, başsağlığında qeyd edilir:
Gürcüstan xalqının böyük oğlu, görkəmli müğənni, aktyor və rejissor Vaxtanq Kikabidzenin vəfatı xəbərindən son dərəcə kədərləndik.
Vaxtanq Kikabidzenin adı sovet və Gürcüstan mədəniyyətinin şanlı salnaməsinə əbədi həkk olunub. Çoxşaxəli istedadı, yüksək peşəkarlığı, sənətə gətirdiyi yeni və bənzərsiz ab-hava sayəsində Vaxtanq Kikabidze bütöv bir dövrün rəmzinə çevrilmişdir. Onun kinoda canlandırdığı unudulmaz obrazları, orijinal ifaçılıq məharəti ilə oxuduğu mahnıları neçə-neçə nəslin qəlbində xüsusi yer tutur.
Vaxtanq Kikabidze Azərbaycanın böyük dostu idi. Onun yaradıcılığı Azərbaycan xalqı tərəfindən hər zaman sevilmiş, şəxsiyyətinə böyük hörmət və rəğbət bəslənilmişdir. O, Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişafına, dostluq və mehriban qonşuluq münasibətlərin möhkəmlənməsinə də mühüm töhfələr vermişdir.
Görkəmli sənətkar və səmimi insan Vaxtanq Kikabidzenin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, öz adımdan və Mehriban xanımın adından dərin hüznlə başsağlığı verirəm.
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik edib
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram