25 yanvar 2023 11:09
446

DSX həqiqi hərbi xidmətə qəbul elan edib - VİDEO

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edir.

Xidmətin Mətbuat Mərkəzindən "İki sahil"ə verilən məlumata görə, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar DSX-yə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;

30 yaşı keçməməli;

Fiziki cəhətdən sağlam olmalıdırlar.

Müraciət etmək istəyən kişi namizədlərin DSX Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşması xahiş olunur.