25 yanvar 2023 16:00
464

Azərbaycan hərbçiləri Türkiyənin Sarıqamış bölgəsində keçirilən təlimlərdə iştirak edirlər

Türkiyənin Qars şəhərinin Sarıqamış bölgəsində “Qış hazırlığı-2023” təlimləri başlayıb.

“İki sahil” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Təlimlərdə Azərbaycan, Böyük Britaniya, Almaniya da daxil olmaqla 17 ölkənin hərbçiləri iştirak edirlər.

Məlumata görə, “Qış hazırlığı-2023” Türkiyə tarixinin ən geniş təlimlərindəndir.

Təlimlərə xüsusi təyinatlı qüvvələr, komandolar, pilotlar cəlb edilib.

Təlimlərdə texnikalar və silahlar sınaqdan keçirilir, verilən tapşırıqlar icra olunur.