24-25 yanvar 2023-cü il tarixində Aşqabadda Azərbaycan Respublikası və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi məsələləri üzrə Birgə işçi qrupunun növbəti iclası keçirilib.
XİN-dən "İki sahil"ə bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Türkmənistan nümayəndə heyətinə isə Xəzər dənizi İnstitutunun direktoru, Xəzər dənizi məsələləri üzrə Türkmənistanın xüsusi nümayəndəsi Murad Atacanov rəhbərlik edib.
İclasda Azərbaycan Respublikası və Türkmənistanın aidiyyəti nazirliklərinin və ixtisaslaşmış qurumlarının nümayəndələri iştirak edib.
Birgə işçi qrupunun iclası zamanı Azərbaycan Respublikası və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Saziş layihəsinin müddəalarının müzakirəsi davam edib.
Vüqar Rəhimzadə: Müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoqun və əməkdaşlığın inkişaf etdirilməsi əsas çağırışlardandır
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar