İşğaldan azad edilmiş ərazilər üzrə idxalı gömrük rüsumlarından azad edilən iqtisadi fəaliyyət sahələrinin siyahısı hazırlanacaq.
“İki sahil” xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmanda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilər üzrə idxalı gömrük rüsumlarından azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar
Prezident İlham Əliyev: Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir