Qətərin Xarici İşlər üzrə Dövlət Naziri Sultan bin Saad Əl Muraixi Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş səfiri Mahir Əliyevin etimadnaməsinin surətini qəbul edib.
“İki sahil” xəbər verir ki, bu barədə Qətər XİN-in mətbuat xidməti məlumat yayıb.
“Xarici İşlər üzrə Dövlət Naziri səfirə vəzifəsində uğurlar arzulayıb, iki dost ölkə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə daha sıx əməkdaşlığa yüksəldilməsi üçün hər cür dəstəyi göstərəcəyini əmin edib”, - məlumatda qeyd olunub.
Prezident İlham Əliyev: Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir
Azərbaycan Prezidenti: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır