26 yanvar 2023 16:14
453

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının istiqamət və prinsipləri açıqlanıb

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının istiqamət və prinsipləri açıqlanıb.

“İki sahil” xəbər verir ki,  bu barədə jurnalistlərə açıqlamasında millət vəkili Hikmət Babaoğlu məlumat verib.

O, konsepsiyanın üç əsas prinsipə söykəndiyini deyib:

"Bunlardan birincisi, təhlükəsizlik, ikincisi, ləyaqət, üçüncüsü isə sülh yolu ilə qayıdışı təmin etməkdir. Eyni zamanda, bu konsepsiya qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıtması üçün yol xəritəsi rolunu oynayacaq".