Milli Məclisdə su problemi müzakirə ediləcək.
“İki sahil” xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2023-cü il yaz sessiyası üçün İş Planına daxil edilib.
Sessiya müddətində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə birgə içməli su problemi, suyun keyfiyyəti və onun təmizlənməsi texnologiyaları barədə müzakirələr təşkil ediləcək.
Eyni zamanda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə suvarma mövsümünə hazırlıq işlərinə dair müzakirələr keçiriləcək.
Prezident İlham Əliyev: Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir
Azərbaycan Prezidenti: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır