"Hamımız üçün prioritet Cənubi Qafqazda sülh və sabitliyin hökm sürməsidir"
“İki sahil” xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Türkiyə nümayəndə heyətinin üzvü Zeki Hakan Sıdalı Laçın yolundakı vəziyyətin müzakirəsi zamanı deyib.
Deputat qeyd edib ki, 2020-ci ildən yeni sülh və dialoq ilinin yarandığını görsə də, son iki ayda bölgədə gərginlik artır. Məsələyə bütöv yanaşmaq lazımdır. Tək və qərəzli bucaqdan baxmaq, ikili standartlara yol vermək yanlış mühakimələrə və ədalətsiz nəticələrə çıxara bilər: "Bu gün biz Laçın yolu ilə bağlı iddiaları müzakirə edirik. Azərbaycan parlamentariləri vəziyyətin fərqli oolduğunu və regionda ərzaq məhsullarının göndərilməsinə problem olmadığını bildiriblər. Bununla belə, çox ciddi bir qavrayışın idarə edilməsi problemi var. Əvvəlki razılaşmaların pozulmasına səbəb ola biləcək hər hansı qavrayışa qarşı çox diqqətli olmalıyıq. Regionda sülh mühitini və normallaşma addımlarını geri çevirməyin AŞPA-nın heç bir üzvünə faydası yoxdur. Bəs belə davranışdan kimə xeyir gəlir? Bu sualı özümüzə verməliyik."
Deputat AŞPA-da işlədiyi beş il ərzində Azərbaycan nümayəndə heyətinin Avropa Şurasının dəyərlərinə sadiq qalaraq zəruri və cəsarətli addımlar atdığının şahidi olduğunu deyib.
Prezident İlham Əliyev: Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir
Azərbaycan Prezidenti: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır