27 yanvar 2023 11:12
288

Çavuşoğlu Ceyhun Bayramova zəng edib, İrandakı səfirliyə hücumu pisləyib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan XİN rəhbəri Ceyhun Bayramova zəng edib.

“İki sahil”  NTV-yə istinadən xəbər verir ki, Çavuşoğlu Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.

Azərbaycana başsağlığı verib.