“Azərbaycanın Tehrandakı səfirliyinə hücuma görə tam məsuliyyəti İran tərəfi daşıyır”.
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.
“Azərbaycan-İran münasibətlərində son dövrdə yaşanan gərginlik fonunda Tehrandakı səfirliyə silahlı hücumun olması çoxsaylı suallar yaradır. Suallardan biri də odur ki, cinayəti törədənlər nə dərəcədə siyasi motiv güdüblər və onların bu hərəkətlərinin arxasında kimlər dayanır? Bu suallar hələ də açıqdır”, - deputat bildirib.
Deputat xatırladıb ki, bundan əvvəl Azərbaycanın Fransada, Londonda, ABŞ-dakı səfirliklərinə də hücumlar: “Həmin hücumlarda itkilər yox idi. Tehrandakı silahlı hücumda həlak olan və yaralananlar var. Belə çıxır ki, bu silahlı hücuma əvvəldən hazırlaşılıb, məqsədöynlü şəkildə hazırlıq işləri görülüb. bu da növbəti suallar yaradır. İranın ali siyasi rəhbərliyi bütün bu kimi məsələlərə aydınlıq gətirməlidir. Çünki bu, çox mənfi presidentdir.
Cinayətkarlar mütləq şəkildə cəzalandırılmalı, səbəb və motivlərə tam aydınlıq gətirilməlidir. Bundan asılı olaraq Azərbaycan-İran münasibətləri müzakirə edilə bilər. İkitərəfli münasibətlərdə son dövrdə yaşanan gərginlik fonunda bu hadisənin baş verməsi əlavə gərginlik yaratmış oldu. Bütün baş vermiş təhlükəli hadisəyə, cinayətkar əmələ görə məsuliyyət qarşı tərəfin üzərinə düşür və onlar da cavab verməlidirlər. Belə çıxır ki, İran tərəfi orada çalışan səfirlik əməkdaşının təhlükəsizliyi məsələsinə çox barmaqarası baxıb. Ona görə də tam məsuliyyəti İran tərəfi daşıyır. Bundan sonra belə hadisələrin baş verməməsi ilə bağlı İranın öhdəlikləri olmalıdır”.
Prezident İlham Əliyev: Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir
Azərbaycan Prezidenti: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır